Partiya xəbərləri
YAP İcra katibinin müavini Mübariz Qurbanlı Böyük Britaniya XİN-in Cənubi Qafqaz bölməsinin rəhbəri xanım Emma Beynz ilə görüşmüşdür
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/59adb8ed46bb810ea526c97b08f4c66b.jpg&w=360)
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı mayın 1-də Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz bölməsinin rəhbəri xanım Emma Beynzi partiyanın mənzil qərargahında qəbul etmişdir.
Görüşdə ictimai-siyasi münasibətlər, Yeni Azərbaycan Partiyasının parlament seçkiləri ərəfəsində həyata keçirdiyi layihələr və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stefen Makkormik görüşdə iştirak etmişdir.